Türkiyədə daha 67 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə daha 67 nəfər koronavirusdan dünyasını dəyişib
# 10 mart 2021 23:20 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 67 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 14 556 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9193, ağır xəstələr isə 1309 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 821 943 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 649 862 nəfər sağalıb, 29 227 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR