Türkiyədə fabrikdə baş vermiş partlayışa görə 3 nəfər haqqında həbs qərarı çıxarılıb

Türkiyədə fabrikdə baş vermiş partlayışa görə 3 nəfər haqqında həbs qərarı çıxarılıb
# 04 iyul 2020 16:23 (UTC +04:00)

Türkiyənin Sakarya vilayətindəki pirotexnika istehsalı fabrikində baş vermiş partlayışa görə 3 nəfər haqqında tutulma qərarı çıxarılıb.

APA-nın Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə qərar Sakarya Cumhuriyyət Prokurorluğu tərəfindən verilib.

Qeyd edək ki, iyulun 3-də Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verib. Hendek rayonunda yerləşən fabrikdə ard-arda bir neçə şiddətli partlayış olub. Partlayış nəticəsində 4 nəfər ölüb, 114 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR