Türkiyədə idman tədbirlərinin 80 faizi koronavirusa görə təxirə salınıb

Türkiyədə idman tədbirlərinin 80 faizi koronavirusa görə təxirə salınıb
# 11 mart 2020 14:38 (UTC +04:00)

Türkiyədə yeni aşkarlanan koronovirusla (COVID-19) əlaqədar idman tədbirlərinin əksəriyyəti təxirə salınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu deyib.

O bildirib ki, bu qərar Türkiyənin yalnız ölkə daxilində deyil, ölkə xaricində keçirilən müsabiqələri, yarışları və digər idman tədbirlərini də əhatə edəcək.

Nazir mart və aprel aylarında keçirilməsi nəzərdə tutulan tədbirlərin 80 faizinin təxirə salındığını, bu tədbirlərin növbəti aylarda təşkil olunacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyədə koronovirusla əlaqədar əhalini məlumatlandırmaq üçün bu gün Türkiyənin Səhiyyə, Təhsil, Mədəniyyət Və Turizm, Ticarət nazirlərinin də birgə açıqlamaları olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR