Türkiyədə koronavirusdan daha 194 nəfər həyatını itirib

Türkiyədə koronavirusdan daha 194 nəfər həyatını itirib
# 05 yanvar 2021 21:02 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 194 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 14 494 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 8 908, ağır xəstə sayı isə 3 410 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 270 101 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 155 338 nəfər sağalıb, 21 879 nəfər isə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR