Türkiyədə koronavirusdan ölənlərin sayı 1006 nəfərə çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 1006  nəfərə çatıb
  • Clock-gray 20:54
  • calendar-gray 10 Aprel 2020

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son bir gündə daha 98 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar yaradılan Elmi Qurumun toplantısından sonra keçirilən mətbuat konfransında bu fikirləri bildirib.

Nazir deyib ki, son 24 saatda 30 864 şübhəli koronavirus testindən keçib, onlardan 4747-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1006 nəfər ölüb, 47 029 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1667 nəfəri reanimasiyadadır, 2423 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün müalicə olunan 281 xəstə evə buraxılıb.

Nazir, həmçinin qeyd edib ki, Türkiyədə indiyə qədər 307 210 nəfər testdən keçib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər