Türkiyədə koronavirusdan ölüm və yoluxma sayı sürətlə artır

Türkiyədə koronavirusdan ölüm və yoluxma sayı sürətlə artır
# 24 noyabr 2020 22:54 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 161 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 162 231 şübhəli koronavirus testindən keçib, onlardan 7381-nin cavabı pozitiv çıxıb, 3678 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 4543 nəfər olub.

Türkiyədə indiyədək 460 916 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 12 672 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR