Türkiyədə koronavirusdan sağalanların sayı 2,7 milyonu keçib

Türkiyədə koronavirusdan sağalanların sayı 2,7 milyonu keçib
# 14 mart 2021 21:00 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 68 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 13 378 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 15 516, ağır xəstələr isə 1392 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 879 390 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 701 076 nəfər sağalıb, 29 489 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR