Türkiyədə son bir gündə COVID-19-dan 83 nəfər dünyasını dəyişib

Türkiyədə son bir gündə COVID-19-dan 83 nəfər dünyasını dəyişib
  • Clock-gray 20:19
  • calendar-gray 06 Noyabr 2020

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 83 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 145 241 şübhəli koronavirus testindən keçib, onlardan 2436-nın cavabı pozitiv çıxıb, 1941 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2654 nəfər olub.

Türkiyədə ümumilikdə 389 256 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 722 nəfər ölüb. Nazir vurğulayıb ki, ağır xəstə sayının artması ölüm riskinin yüksəlməsinə səbəb olur: "Səhiyyə sahəsində çətinliklərlə üzləşməmək üçün tibb işçilərinə fürsət verməliyik. Bu da ancaq birlikdə tədbirlərə əməl etməklə mümkündür: maska, məsafə, təmizlik".

Sevil Ünal Hilalqızı

Digər xəbərlər