Türkiyədə son bir gündə koronavirusdan 83 nəfər vəfat edib

Türkiyədə son bir gündə koronavirusdan 83 nəfər vəfat edib
# 18 fevral 2021 23:33 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 83 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7241 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7217, ağır xəstələr isə 1187 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 616 600 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 504 050 nəfər sağalıb, 27 821 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR