Türkiyədə son sutkada 117 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə son sutkada 117 nəfər koronavirusdan dünyasını dəyişib
# 22 mart 2021 23:38 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 117 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 22 216 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 19 494, ağır xəstələr isə 1644 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 035 338 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 844 681 nəfər sağalıb, 30 178 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR