Türkiyədə son sutkada 6912 nəfərin COVID testi müsbət çıxıb

Türkiyədə son sutkada 6912 nəfərin COVID testi müsbət çıxıb
# 29 yanvar 2021 20:46 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 131 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6912 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8093, ağır xəstələr isə 1740 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 464 030 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 348 309 nəfər sağalıb, 25 736 nəfər isə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR