Türkiyədə son sutkada 95 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə son sutkada 95 nəfər koronavirusdan dünyasını dəyişib
  • Clock-gray 00:22
  • calendar-gray 21 Mart 2021

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 95 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 21 061 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 18 815, ağır xəstələr isə 1538 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 992 694 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 807 572 nəfər sağalıb, 29 959 nəfər isə həyatını itirib.

apa-logo-mini

Digər xəbərlər