Türkiyədə son sutkada koronavirusdan 55 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 55  nəfər ölüb
# 09 oktyabr 2020 20:56 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 55 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 115 295 şübhəli koronavirus testindən keçib, onlardan 1629-nun cavabı pozitiv çıxıb, 1402 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1389 nəfər olub.

Türkiyədə ümumilikdə 332 382 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8722 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR