Türkiyədə son sutkada koronavirusdan 72 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 72 nəfər ölüb
  • Clock-gray 20:28
  • calendar-gray 25 Oktyabr 2020

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 72 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 112 215 şübhəli koronavirus testindən keçib, onlardan 2017-nin cavabı pozitiv çıxıb, 1297 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1744 nəfər olub.

Türkiyədə ümumilikdə 361 801 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9799 nəfər ölüb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər