Türkiyədə son sutkada koronavirusdan daha 68 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan daha 68 nəfər ölüb
# 27 sentyabr 2020 21:02 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 68 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 101 119 şübhəli koronavirus testindən keçib, onlardan 1467-nin cavabı pozitiv çıxıb, 1116 xəstə isə sağalaraq evə buraxılıb.

F.Qoca bildirib ki, uzun müddətdən sonra Türkiyədə ağır xəstə sayında azalma müşahidə olunub. Onların sayı 1583 nəfərə qədər azalıb.

Türkiyədə ümumilikdə 314 433 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 275 630 nəfər sağalıb, 7997 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR