Türkiyədə son sutkada koronavirusdan daha 76 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan daha 76 nəfər ölüb
  • Clock-gray 20:24
  • calendar-gray 27 Oktyabr 2020

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 76 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 127 651 şübhəli koronavirus testindən keçib, onlardan 2209-nun cavabı pozitiv çıxıb, 1511 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1827 nəfər olub.

Türkiyədə ümumilikdə 366 208 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9950 nəfər ölüb.

F.Qoca xəstəliyə yoluxma sayından, ağır xəstə sayının artmasından narahatlığını ifadə edərək bir daha vurğulayıb ki, COVID-19-la mübarizə üçün ən güclü silah tədbirlərə düzgün riayət etməkdir.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər