Türkiyədə son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Türkiyədə son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
# 31 mart 2021 01:28 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 155 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 37 303 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu, Türkiyədə indiyədək qeydə alınmış ən yüksək sutkalıq göstəricidir.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 19 925, ağır xəstələr isə 2054 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 277 880 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 995 033 nəfər sağalıb, 31 385 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR