Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub
# 05 dekabr 2020 17:14 (UTC +04:00)

Bu gün Türkiyənin Antalya vilayətinin Qazipaşa rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 15.44-də yerin 77,2 kilometr dərinliyində qeydə alınıb.

Antalya valisi bildirib ki, hadisə ilə əlaqədar ilkin məlumatalara görə, dağıntı və tələfat haqqında bilgi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR