Türkiyədən Çinə gedən ilk ixrac qatarı mənzil başına çatıb

Türkiyədən Çinə gedən ilk ixrac qatarı mənzil başına çatıb
# 19 dekabr 2020 16:13 (UTC +04:00)

Türkiyədən Çinə gedən ilk ixrac qatarı mənzil başına çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu bildirib. Nazir dekabrın 4-də İstanbuldan yola çıxan qatarın Çinin Xian şəhərinə fasiləsiz şəkildə çatmasını Türkiyənin dəmiryolu nəqliyyatındakı zəfəri adlandırıb. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən, 2 qitə, 2 dəniz və 5 ölkədən keçən yük qatarı ümumilikdə 8693 kilometr yol qət edib.

Xatırladaq ki, ilk dəfə bu marşrut üzrə Çindən çıxan tranzit yük qatarı 2019-cu ilin noyabr ayında Praqa şəhərinə çatıb. Qatar sonradan Çin-Türkiyə-Avropa xətti üzrə 10 blokdan ibarət yüklə hərəkətdə olub. Bu dəfə isə ixrac yükü daşıyan qatar ilk dəfə Türkiyədən Çinə hərəkət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR