Türkiyənin 156 yaşayış məntəqəsində karantin tətbiqinə başlanılıb

Türkiyənin 156 yaşayış məntəqəsində karantin tətbiqinə başlanılıb
# 08 aprel 2020 23:48 (UTC +04:00)

Bu gün yerli vaxtla saat 16:00-dan Türkiyədə 156 yaşayış məntəqəsində karantin tətbiqinə başlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Ddaxili İşlər Nazirliyi məlumat yazıb.

Nazirliyin yazılı açıqlamasında bildirilib ki, Türkiyənin 45 vilayətində - 2 rayon mərkəzi, 6 qəsəbə, 92 kənd, 47 məhəllə və 9 yaylaq yerindəki yaşayış sahələri karantinə alınıb. 5 vilayətdəki 6 yaşayış məntəqəsində isə karantin tətbiqi ləğv olunub.

"Bu tədbirlər yeni növ koronavirus infeksiyasının yayılaraq vətəndaşlarımızın həyatında təhlükə yaratmaması üçündür. Özününütəcrid prinsiplərinə əməl edin", - deyə açıqlamada bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR