Türkiyənin 31 vilayətində həftəsonu komendant saatı tətbiq olunacaq

Türkiyənin 31 vilayətində həftəsonu komendant saatı tətbiq olunacaq
  • Clock-gray 17:19
  • calendar-gray 16 Aprel 2020

Türkiyənin 31 vilayətində 17-19 apreldə komendant saatı tətbiq olunacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bunula bağlı Türkiyənin Daxili İşər Nazirliyi qərar verib. Türkiyənin 30 böyük şəhəri və tənəffüs yolu xəstəliklərinə çox rast gəlinən Zonquldak şəhərində həftəsonu tətbiq olunan komendant saatı ilə əlaqədar Türkiyə DİN 31 vilayətin valilərinə tapşırıq verib. 

Sənədə görə, un məmulatlarının istehsalı, apteklər, tibb müəssisələri və digər zəruri fəaliyyət göstərən müəssisələrin işçiləri xaric 31 vilayətdəki bütün vətəndaşların küçəyə çıxması qadağan olunub və iki gün ərzində əhali üçün zəruri olan ərzaq, eləcə də digər ehtiyacların qarşılanması ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib. 

Qeyd edək ki, ötən həftə Türkiyədə karantin rejiminin pozulmasına görə, Türkiyə Daxili işlər naziri Süleyman Soylu məsuliyyət daşıdığını deyərək, istefa ərizəsi yazıb. Türkiyə Prezidenti Süleyman Soylunun istefasını qəbul etməyib. Türkiyə Prezidenti bu yanlışlığın bir daha təkrarlanmamsı üçün 13 apreldə tapşırıq verib.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər