Türkiyənin Daxili İşlər naziri istefa verib

Türkiyənin Daxili İşlər naziri istefa verib
# 12 aprel 2020 22:36 (UTC +04:00)

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu vəzifəsindən istefa verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə nazir "Twitter" səhifəsində açıqlama yayıb.

S.Soylu bildirib ki, bu həftənin sonu - 11, 12 aprel tarixlərində Türkiyənin 31 şəhərində komendant saatının (48 saatlıq) tətbiq olunması birbaşa onun göstərişi olub: “Pandemiyanın qarşısının alınması üçün həftəsonu küçəyə çıxmaq qadağası bütünlükdə mənim şəxsimə aiddir. Başlanğıcda məhdud saatlarda ortaya çıxan görüntülər bu mükəmməl idarə olunan prosesə uyğun gəlmədi. Xoş niyyətli, həftəsonu infeksiyanın yayılmasını dayandırmaq üçün atılan bir addım idi. Heç vaxt zərər vermək istəmədiyim əziz millətimiz, ömrümün sonuna qədər sadiq qalacağım əziz Prezidentim məni bağışlasın... Mən şərəflə icra etdiyim Daxili İşlər Nazirliyindən ayrılıram, Allah millətimizi qorusun”, - nazir açıqlamasında belə yazıb.

Qeyd edək ki, 10 apreldə komendant saatının tətbiqindən 2 saat öncə elan edilməsi 31 şəhər əhalisi arasında böyük təşviş yaradıb və insanlar ərzaq almaq üçün marketlərə axışıb, mütəxəssislər həmin ərəfədə xəstəliyin daha çox yayıla biləcəyini proqnozlaşdırıblar və bu, sosial mediada çox narazılıq yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR