Türkiyənin Xarici İşlər nazirinin müavini Ceyms Cefri ilə görüşüb

Türkiyənin Xarici İşlər nazirinin müavini Ceyms Cefri ilə görüşüb
# 10 yanvar 2020 22:42 (UTC +04:00)

Dünəndən Ankarada səfərdə olan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceymc Cefri Türkiyənin Xarici İşlər nazirinin müavini Sedat Önalla görüşüb.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, heyətlərarası görüşdə Suriya mövzusu, eləcə də bölgədəki vəziyyət müzakirə olunub.

İdlib, “Fəratın İnkişafı” və “Barış bulağı” hərbi fəaliyyətin həyata keçirildiyi bölgələrindəki durum, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq 2165 saylı qərarı ətrafında fikir mübadiləsi aparılıb.

Bundan başqa, müzakirələr zamanı İraq və Liviyadakı vəziyyətlə bağlı mövzuya da toxunulub.

Qeyd edək ki, Ceyms Cefrinin İstanbula səfər edəcəyi, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalınla və suriyalı müxaliflərlə bir araya gələcəyi də gözlənilir.

Ankaraya döndükdən sonra isə Ceyms Cefrinin Səudiyyə Ərəbistanına səfər edəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR