Türkiyənin bir sıra ölkələrdəki səfirləri dəyişib

Türkiyənin bir sıra ölkələrdəki səfirləri dəyişib
# 08 dekabr 2020 18:16 (UTC +04:00)

Türkiyənin bir sıra ölkələrdəki yeni səfirlərinin kimliyi məlum olub.

APA NTV-yə istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir sıra ölkələrə təyin olunan səfirlərin adlarını açıqlayıb.

Murat Mercan Türkiyənin ABŞ-dakı səfiri, Mehmet Güllüoğlu Tanzaniyadakı səfiri olub.
Türkiyə XİN-in sözçüsü Hami Aksoy Türkiyənin Serbiyadakı, Cihad Erginay Əfqanıstandakı, Ahmet Başar Şen Almaniyadakı səfiri, Hatun Demirer ATƏT-dəki daimi nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Ahmet Demirok Türkiyənin Azərbaycandakı səfiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR