Türkiyənin müdafiə naziri NATO Hərbi Komitəsinin sədri ilə görüşüb

Türkiyənin müdafiə naziri NATO Hərbi Komitəsinin sədri ilə görüşüb
  • Clock-gray 17:10
  • calendar-gray 07 Sentyabr 2020

Türkiyə Müdafiə naziri Hulusi Akarın NATO  Hərbi Komitəsinin sədri, general Stüart Piçlə görüşü keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyindən  yayılan açıqlamada bildirlib ki, Stüart Piç Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yaşar Gülərin dəvətilə Ankaraya gəlib.

Stüart Piç Şərqi Aralıq dənizi mövzusunda NATO-nun Baş Katibi Yens Stoltenberqin dialoq çağırışını məmnuniyyətlə qarşıladığını,  Şərqi Aralıq dənizi ilə həmsərhəd olan bütün ölkələrin  beynəlxalq hüquq, ikitərəfli razılaşmalar və mehriban qonşuluq münasibətlərini nəzərə almalarının tərəfdarı olduğunu deyib.

Hulusi Akar isə bildirib ki, Türkiyə Şimali Kipr daxil mavi vətəndə hüquqlarını bu günə qədər necə qoruyubsa, bundan sonra da o şəkildə qoruyacaq. 

Nazir Türkiyənin NATO-dakı  öhdəliklərini tam şəkildə yerinə yetirməyə davam etdirəcəyini də qeyd edib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər