Türkiyənin sabiq Baş Naziri Məsud Yılmaz dəfn edilib

Türkiyənin sabiq Baş Naziri Məsud Yılmaz dəfn edilib
# 01 noyabr 2020 15:59 (UTC +04:00)

İstanbulda Türkiyənin keçmiş Baş naziri Məsud Yılmazın dəfn mərasimi keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, mərasimə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox fərqli dövrdə yaşadığımızı diqqətə çatdırıb: “İzmirdə baş verən təbii fəlakət hamımıza məlumdur. Harada, nə zaman, nə olacaq, məlum deyil. Bir dövlət böyüyümüz, Baş nazirimiz haqqın rəhmətinə qovuşub. Məsud Yılmaza da Allahdan rəhmət diləyirik, məkanı cənnət olsun!”

Mərasimdə keçmiş Prezident Abdulla Gül, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, İYİ Partiyanın sədri Meral Akşənər və digər siyasi şəxslər də iştirak ediblər.

Məsud Yılmaz oğlu Yavuz Yılmazın məzarının yaxınlığında dəfn edilib.

Qeyd edək ki, ötən ilin yanvar ayında ağciyərində şiş aşkarlanan 73 yaşlı M. Yılmaz uzun müddətdir, müalicə olunurdu.

6 noyabr 1947-ci ildə İstanbulda anadan olan Məsud Yılmaz 1991-2002-ci illərdə Türkiyənin Ana Vətən Partiyasının sədri olub. Dəfələrlə deputat seçilən Məsud Yılmaz Türkiyənin Xarici İşlər və Turizm nazirləri vəzifələrində də çalışıb.

O, Türkiyənin Cümhuriyyət tarixində Ali Məhkəmədə mühakimə olunan ilk Baş nazir kimi tarixə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR