Türkiyənin səhiyyə naziri: “Mutasiyalı viruslar Türkiyədə 30-dan çox şəhərə yayılsa da, böyük təhlükə yaradacaq həddə deyil”

Türkiyənin səhiyyə naziri: “Mutasiyalı viruslar Türkiyədə 30-dan çox şəhərə yayılsa da, böyük təhlükə yaradacaq həddə deyil”
# 10 fevral 2021 21:17 (UTC +04:00)

“Türkiyənin 30-dan çox şəhərində COVID-19 virusunun mutasiyaya uğramış variantına rast gəlinir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, hazırda Türkiyədə mutasiyaya uğramış COVID-19 virusu artmaqdadır: “Ölkəmizdə COVID-19-un mutasiyaya uğramış 263 Britaniya, 23 Cənubi Afrika, 106 mənşəyi məlum olmayan varinatı var. Amma virus mutasiyaya uğrasa da, mübarizə tədbirlərimiz eynidir və mutasiyalı virus Türkiyə üçün böyük təhlükə yaradacaq həddə deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR