Türkiyənin şərqində zəlzələ olub

Türkiyənin şərqində zəlzələ olub
# 15 dekabr 2020 03:30 (UTC +04:00)

Türkiyənin şərqində 4,7 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumata yayıb.

Zəlzələ yerli vaxtla saat 00:58-də (Bakı vaxtı ilə 01:58) qeydə alınıb. Onun episentri Van şəhərindən 46 kilometr şimalda, ocağı isə doqquz kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində tələfat və ya dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR