Türkiyəyə 6,5 milyon doza Çin vaksini gətirilib

Türkiyəyə 6,5 milyon doza Çin vaksini gətirilib
  • Clock-gray 09:50
  • calendar-gray 25 Yanvar 2021

Bu gün  yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində vaksinin ikinci partiyasının (10 milyon doza) bir hissəsi Çindən Türkiyəyə gətirilib.  

APA-nın Türkiyə bürosunun məlumatına görə, yerli vaxtla saat 06.15-də içində 6,5 milyon doza "CoronaVac" vaksini  olan təyyarə İstanbul Hava limanına eniş edib. 

Qeyd edək ki, "Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. Türkiyənin Çinin “Sinovak” şirkəti ilə bağladığı müqaviləyə əsasən, 10 milyon dozada “CoronaVac" vaksininin ilk mərhələdə 3 milyon dozası 30 dekabr 2020-ci ildə Türkiyəyə gətirilib. Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Agentliyinin iki həftəlik analizindən sonra öncə səhiyyə işçiləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bir çox dövlət rəsmiləri, sonra isə yaşı 65-dən yuxarı olanlar peyvənd edilməyə başlanıb. İndiyədək ölkədə 1 milyon 200 mindən çox insana peyvənd vurulub.

6,5 milyon doza vaksin də Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Agentliyinin analizlərindən keçdikdən sonra tətbiq olunacaq.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər