ÜST: Britaniyada qeydə alınan koronavirusun mutasiya olunmuş forması çox təhlükəli deyil

ÜST: Britaniyada qeydə alınan koronavirusun mutasiya olunmuş forması çox təhlükəli deyil
# 15 dekabr 2020 17:23 (UTC +04:00)

Böyük Britaniyada qeydə alınan koronavirusun mutasiya olunmuş forması insanlar üçün çox təhlükə yaratmır.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi David Nabarro bildirib.

O qeyd edib ki, mutasiyaya uğramış virus təhlükəli olmasa da, onun daha yoluxucu olduğu görünür.

Xatırladaq ki, daha əvvəl Britaniyanın səhiyyə naziri Matt Hankok bildirib ki, britaniyalı alimlər ölkənin cənub-şərqində xəstəliyin sürətlə yayıldığını və bunun infeksiyanın mutasiyaya uğramış forması ilə əlaqədar olduğunu açıqlayıblar. Nazirin sözlərinə görə, ilkin təhlillər göstərir ki, virusun bu variantı məlum olandan daha sürətli yayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR