ÜST: Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu keçib, 208 min nəfər ölüb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu keçib, 208 min nəfər ölüb
# 30 aprel 2020 05:12 (UTC +04:00)

Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu keçib. Onların dəqiq sayı 3 018 952 nəfərə çatıb. Yeni növ virusdan ölənlərin sayı isə 208 minə yüksəlib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün son məlumatına görə, dünyada son sutkada 66 mindən çox yoluxma, 5376 ölüm hadisəsi qeydə alınıb.

Ən çox infeksiyaya yoluxmanın Avropada (1406899 nəfər) olduğu bildirilib. Bu coğrafiyada ümumilikdə 129 mindən çox insan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR