ÜST: Dünyada koronavirusa yoluxanların sayı 66 milyon nəfərə yaxınlaşır

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 66 milyon nəfərə yaxınlaşır
  • Clock-gray 05:04
  • calendar-gray 07 Dekabr 2020

Dünyada COVID-19-a yoluxanların sayı 66 milyon nəfərə yaxınlaşıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 605 min 211 nəfər yeni koronavirusa yoluxub, 10 min 264 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 65 milyon 870 min 30, ölənlərin isə 1 milyon 523 min 583 nəfərə çatıb.

Bildirilir ki, son sutkada ən çox yoluxma halları Şimali və Cənubi Amerikada (308 min 218), Avropada (203 min 298) və Cənubi-Şərqi Asiyada (47 min 679) qeydə alınıb.

apa-logo-mini

Digər xəbərlər