ÜST: Dünyada koronavirusdan 16 min 231 nəfər ölüb

ÜST: Dünyada koronavirusdan 16 min 231 nəfər ölüb
  • Clock-gray 02:04
  • calendar-gray 25 Mart 2020

Dünyada 372 min 757 nəfər koronavirus yoluxub, 16 min 231 ölüm hadisəsi qeydə alınıb. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 24-nə olan bülletenində bildirilib.

Statistikaya görə, yoluxanların sayı son gündə təxminən 40 min, ölənlərin sayı isə 1722 nəfər olub. 

Ən çox yoluxma və ölüm halı Avropada qeydə alınıb.

Sonrakı yerlərdə isə Çin, Koreya Respublikası və Yaponiya, Cənubi və Şimali Amerika ölkələri qərarlaşıb.

Bildirilib ki, ötən gün 4 yeni ölkə və ərazidə koronavirus aşkarlanıb.

 

Rəşad Sarıyev

Digər xəbərlər