ÜST-ün Fövqəladə hallar üzrə mütəxəssisi: “Koronavirus heç vaxt yox ola bilməz"

ÜST-ün Fövqəladə hallar üzrə mütəxəssisi: “Koronavirus heç vaxt yox ola bilməz"
# 14 may 2020 07:18 (UTC +04:00)

“Pandemiya dövrünün nə qədər davam edəcəyini kiminsə təxmin edə biləcəyini düşünmürəm. Koronavirus HİV kimi endemik hala gələ bilər”.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə hallar üzrə mütəxəssisi Mayk Rayan onlayn brifinqdə bildirib.

O, epidemiyanın qarşısının alınması üçün "kütləvi səy" tələb olunduğunu deyib: "Bunu müzakirə masasına çıxarmaq çox vacibdir: bu virus cəmiyyətdə başqa bir endemik virusa çevrilə bilər və bu virus heç vaxt yox ola bilməz”.

Rayan bu xəstəliyin yox olacağı tarixi kiminsə təxmin edə biləcəyini düşünmədiyini vurğulayıb: “Düşünürəm ki, virusun sona çatacağı ilə bağlı tarix yoxdur. Bu xəstəlik uzunmüddətli bir problemə çevrilə bilər”.

UST mütəxəssisi yoluxmanın milli, regional və qlobal səviyyədə yüksək olduğunu söyləyərək riskin azaldılması üçün virusa qarşı çox ciddi nəzarətin tələb olunduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR