Ukraynanın bütün vilayətlərində Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları yüksək hazırlıq vəziyyətinə gətirilib.
APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna MTX-nın mətbuat katibi Artem Dextyarenko bildirib.
Onun sözlərinə görə, ölkənin əksər vilayətlərində genişmiqyaslı antiterror əməliyyatları keçirilir.
A. Dextyarenko vurğulayıb ki, ölkə vətəndaşlarının müdafiəsi üçün Ukrayna MTX gecə-gündüz öz səylərini əsirgəmir.