Ukraynada karantin rejimi uzadılıb

Ukraynada karantin rejimi uzadılıb
# 22 iyul 2020 18:28 (UTC +04:00)

Ukrayna hökuməti ölkədə koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejiminin müddətini uzadıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə müvafiq qərar bu gün Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Ukraynada karantin rejiminin müddəti avqustun 31-dək uzadılıb.

Qeyd edək ki, Ukraynada koronavirusa ilk yoluxma halı martın 3-də qeydə alınıb. Martın 17-dən etibarən ölkədə karantin rejimi tətbiq olunur.

Xatırladaq ki, Ukraynada indiyədək koronavirusa 60 995 yoluxma qeydə alınıb, onlardan 33 172 nəfəri sağalıb, 1 534 nəfər isə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR