Ukraynada koronavirusa yoluxanların sayı 50 mini ötüb

Ukraynada koronavirusa yoluxanların sayı 50 mini ötüb
# 08 iyul 2020 10:46 (UTC +04:00)

Ukraynada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 807 yoluxma halı qeydə alınıb, 23 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası aparatının koronavirusun yayılması üzrə monitorinq sistemi məlumat yayıb.

Bildirilib ki, Ukraynada indiyədək virusa yoluxanların sayı 50 414 nəfərə çatıb.

Ukraynada COVID-19-dan ölənlərin sayı isə 1 306 nəfərə yüksəlib.

Xəstəlikdən sağalanların sayı 23 119 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR