Ukraynada son sutkada 13 738 nəfər COVİD-19-a yoluxub, 258 nəfər ölüb

Ukraynada son sutkada 13 738 nəfər COVİD-19-a yoluxub, 258 nəfər ölüb
# 04 aprel 2021 15:10 (UTC +04:00)

Ukraynada son sutkada yeni növ koronavirusa (COVİD1-9) 13 738 yoluxma halı qeydə alınıb, 258 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna səhiyyə naziri Maksim Stepanov “Facebook” səhifəsində məlumat verib.

COVİD-19-a yoluxanlardan 504-ü uşaq, 216-ı tibb işçisidir.

İndiyə qədər Ukraynada 1 745 709 nəfər COVİD-19-a yoluxub, 1 347 193 nəfər sağalıb, 34 333 nəfər vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR