Ukraynanın yeni Baş naziri təyin edilib - YENİLƏNİB

Ukraynanın yeni Baş naziri təyin edilib - YENİLƏNİB
# 04 mart 2020 20:56 (UTC +04:00)

Ukraynanın Ali Radası bu gün fövqəladə iclasda Baş nazirin keçmiş müavini Denis Şmıqalı hökumət başçısı təyin edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, minimum 226 səs tələb olunduğu halda deputatların 291 nəfəri təyinatın lehinə səs verib.

****

20:06

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna parlamenti bu gün Baş Nazir Aleksey Qonçarukun istefa ərizəsini qəbul edib.

Qanuna görə, Baş Nazirin istefasından sonra bütün kabinet istefa verməlidir. Hökumət yeni kabinet formalaşana qədər öz vəzifələrini yerinə yetirəcək.

Qeyd edək ki, Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk vəzifəsindən istefa verməsi barədə ərizəsini martın 3-də Ali Radaya göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR