Ursula von der Leyen: “Koronavirusun yeni variantları bizi çətin qərarlar verməyə məcbur edir”

Ursula von der Leyen: “Koronavirusun yeni variantları bizi çətin qərarlar verməyə məcbur edir”
# 25 yanvar 2021 16:19 (UTC +04:00)

“Avropada koronavirusun yeni variantları bizi çətin, lakin vacib qərarlar verməyə məcbur edir”.

APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib.

“Biz təhlükəsizliyi təmin etməli və vacib olmayan səyahətlərdən çəkinməliyik. Bu gün Aİ-də səyahətlə bağlı yeni tədbirlər təklif edirik. 27 ölkə olaraq bu məsələdə koordinasiyanı davam etdirəcəyik. Bu, məqsədə müvəffəq olmağın yeganə yoludur”, - deyə Ursula von der Leyen bildirib.

O vurğulayıb ki, sərhədlər bağlanmamalı və vahid bazarın fəaliyyəti təmin olunmalıdır.

Avropa Komissiyasının prezidentinin sözlərinə görə, Aİ-yə daxil olan beynəlxalq səyahətçilər üçün daha güclü tələblər irəli sürülür ki, buraya analizlərin verilməsi, karantinə alınma və s. daxildir: “Biz virusun variantlarının yayılmasını dayandırmalı və hamımızın təhlükəsizliyini təmin etməliyik. Birlikdə bu pandemiyanın öhdəsindən gələcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR