Vyanada İran xarici işlər nazirinin müavininə hücum olub

Vyanada İran xarici işlər nazirinin müavininə hücum olub
# 06 aprel 2021 17:04 (UTC +04:00)

İranlı müxalifətçi Vyanda səfərdə olan İran xarici işlər nazirinin müavini Abbas Araqçıya qarşı zor tətbiq etməyə cəhd göstərib.

APA-nın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, insident nazir müavini Araqçının Aİ diplomatı ilə nüvə proqramına dair görüşündən sonra baş verib.

İran XİN bildirib ki, "anti-inqilabçı" hərəkat üzvlərindən biri İranın nüvə anlaşması ilə bağlı danışıqlar aparmaq üçün Vyanada olan A. Araqçını təhqir edib, bundan sonra diplomata hücum etməyə çalışıb, lakin hücumun qarşısı alınıb.

Vyana polisi isə otelin qarşısında etiraz aksiyası olduğunu, lakin hər hansı insident və ya fiziki qarşıdurmanın yaşanması barədə xəbər almadıqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR