Xorvatiyada 5,3 maqnitudalı zəlzələ olub, bir nəfər ölüb - YENİLƏNİB

Xorvatiyada 5,3 maqnitudalı zəlzələ olub, bir nəfər ölüb - YENİLƏNİB
# 22 mart 2020 13:13 (UTC +04:00)

Bu gün baş verən 5,3 maqnitudalı zəlzələ nəticəsində Xorvatiyanın paytaxtı Zaqrebdə bir uşaq həyatını itirib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, təcili yardım briqadası 15 yaşlı uşağın meyitini dağıntılar altından çıxarıb.

Zəlzələ nəticəsində Zaqrebdə binalara və infrastruktura ziyan dəyib.

***

saat 10.05

Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında 5,3 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 05.24 radələrində baş verən zəlzələnin ocağı Zaqrebdən 7 km uzaqlıqda, 10 kim dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR