Xorvatiyada baş verən güclü zəlzələdən sonra Sloveniyada nüvə stansiyasının fəaliyyəti dayandırılıb

Xorvatiyada baş verən güclü zəlzələdən sonra Sloveniyada nüvə stansiyasının fəaliyyəti dayandırılıb
# 29 dekabr 2020 23:11 (UTC +04:00)

Sloveniya həmsərhəd olduğu Xorvatiyada güclü zəlzələdən sonra Krsko Nüvə Elektrik Stansiyasının fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

APA-nın məlumatına görə, bu barədə “Teletrader” portalı məlumat yayıb.

Xatırladaq ki, bu gün Xorvatiyanın paytaxtı Zaqreb şəhərində 6.4 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində Zaqreb şəhərinin bir hissəsi işıqsız qalıb, eyni zamanda, Sisak şəhərində xəstəxananın dam örtüyü uçub. Ölənlərin sayı 8 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR