Xorvatiyada güclü zəlzələ olub

Xorvatiyada güclü zəlzələ olub
# 28 dekabr 2020 11:49 (UTC +04:00)

Xorvatiyada 5.2 bal gücündə zəlzələ olub.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, episentri paytaxt Zaqrebdən 50 km cənub-qərbdə olan zəlzələ ölkənin mərkəzində güclü hiss olunub.

Hələlik yaralılar və dağıntılar haqda məlumat verilməyib.

"Hələ ki dağıntı ilə bağlı məlumatımız yoxdur, ancaq bu zəlzələnin onun episentrinə yaxın olan Petrinja qəsəbəsinə maddi ziyana səbəb olacağı ehtimalı var", - deyə seysmoloq Kresimir Kuk bildirib.

Zəlzələnin ardınca 4.9 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR