Xorvatiyada naməlum şəxs 4 iş ortağını güllələyərək öldürüb

Xorvatiyada naməlum şəxs 4 iş ortağını güllələyərək öldürüb
# 31 yanvar 2021 03:20 (UTC +04:00)

Xorvatiyanın Şibenik şəhərinin mərkəzində 4 nəfər iş ortağını gülləyən şəxs hadisə yerindən yayınıb.

APA xəbər verir ki, bu barədə yerli “HRT” televiziyası hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

İlkin məlumata görə, hadisə şəhərdəki ticarət mərkəzlərindən birinin yaxınlığında olub.

Polis əməkdaşları əvvəlcə ticarət mərkəzinin yaxınlığında dayanan avtomobildə bir neçə güllə yarası almış bir nəfər aşkar edib. Daha sonra asayiş keşikçilərinə şəhərin çıxışda iki kişi və bir qadının vurulması ilə bağlı xəbər daxil olub.

Hələlik adının açıqlanmadığı cinayətkar barəsində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR