Xorvatiyada zəlzələ nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB-1

Xorvatiyada zəlzələ nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB-1
# 29 dekabr 2020 22:10 (UTC +04:00)

Xorvatiyada zəlzələ nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Brakni bələdiyyə sədrinin müavini Baksiç-Mitiç açıqlamasında bildirib.

"index.hr" xəbər portalının yaydığı xəbərdə isə bildirilib ki, qeyri-rəsmi məlumatlara görə, Maysk-Polyanada daha 1, Sisak yaxınlığında Jazhində yerləşən kilsədə 1 nəfər ölüb.

***

17:25

Xorvatiyada zəlzələ nəticəsində bir uşaq ölüb, xəsarət alanlar var.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” yerli KİV-ə istinadən məlumat yayıb.

Bildirilib ki, Zaqreb şəhərinin bir hissəsi işıqsız qalıb, eyni zamanda, Sisak şəhərində xəstəxananın dam örtüyü uçub.

***

saat 16:10

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində 6.4 bal gücündə zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Hələlik insan itkisi və dağıntılarla bağlı məlumat verilməyib.

Qeyd edək ki, ötən gün də Xorvatiyada ard-arda yeraltı təkanlar qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR