Yaxın üç gündə Fransada qatarların hərəkəti tətillər səbəbindən məhdudlaşdırılacaq

Yaxın üç gündə Fransada qatarların hərəkəti tətillər səbəbindən məhdudlaşdırılacaq
  • Clock-gray 06:13
  • calendar-gray 07 Dekabr 2019

Fransada dəmiryolçuların davam edən kütləvi tətilləri səbəbindən bu həftəsonu ölkədə qatarların yalnız 10-15%-i işləyəcək. Fransa dəmir yollarındakı mövcud vəziyyət 9 dekabr tarixində də kifayət qədər çətin olacaq.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa Milli Dəmir Yolları Cəmiyyətinin cümə günü yaydığı bəyanatda deyilir.

Tətil səbəbindən şənbə və bazar günlərində bütün xətlərdə qatarların hərəkəti pozulmağa davam edəcək”, - deyə kommünikedə bildirilir.

Cəmiyyət sərnişinlərə mümkün olduqca səfərləri təxirə salmağı və ya yenidən planlaşdırmağı tövsiyə edir.

apa-logo-mini

Digər xəbərlər