Yunanıstan Baş naziri Türkiyə-Yunanıstan gərginliyini Türkiyə-Aİ gərginliyinə çevirdiklərini etiraf edib

Yunanıstan Baş naziri Türkiyə-Yunanıstan gərginliyini Türkiyə-Aİ gərginliyinə çevirdiklərini etiraf edib
  • Clock-gray 03:16
  • calendar-gray 08 Dekabr 2020

“Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi Türkiyə-Avropa İttifaqı gərginliyinə çevirməyi bacardıq”.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Yunanıstanın Baş naziri Kiryakos Miçotakis yerli televiziya proqramında Şərqi Aralıq dənizi və dekabrın 10-11-də  keçiriləcək Avropa İttifaqı Liderlər Zirvəsi haqqında danışarkən bunu etiraf edib. 

K.Miçotakis Yunanıstanın Aİ tərəfindən Türkiyəyə sanksiya tətbiq edilməsi məsələsini dəstəklədiyini bildirib.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər