Yunanıstanda yaşlı kişi peyvənd olunduqdan 8 dəqiqə sonra ölüb

Yunanıstanda yaşlı kişi peyvənd olunduqdan 8 dəqiqə sonra ölüb
# 16 fevral 2021 04:32 (UTC +04:00)

Yunanıstanda 85 yaşlı kişi peyvənd olunduqdan 8 dəqiqə sonra dünyasını dəyişib.

APA yerli “ERT” telekanalına istinadən xəbər verir ki, hadisə “Heraklion” Universitetinin xəstəxanasında baş verib.

Həkimlər israrla bildirib ki, qocanın ölümü peyvəndlə əlaqəli olmayıb.

Pasiyent peyvənddən sonra gözləmə otağında anidən yıxılıb. Onun ürək tutmasından özündən getməsi bildirilir. Reanimasiya şöbəsinə köçürülənədək ikinci ürəktutması baş verib və o, dünyasını dəyişib.

Ölümün dəqiq səbəblərini müəyyənləşdirmək üçün xəstəxana rəhbərliyi təcili məhkəmə ekspertizasını tələb ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR