Zelenski Oman səfərini yarımçıq qoyaraq Ukraynaya qayıdıb

Zelenski Oman səfərini yarımçıq qoyaraq Ukraynaya qayıdıb
  • Clock-gray 10:35
  • calendar-gray 08 Yanvar 2020

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna təyyarəsinin Tehran yaxınlığında qəzaya uğraması ilə əlaqədar Oman səfərini yarımçıq qoyaraq Kiyevə qayıdıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyasının rəsmi "Twitter" hesabında bildirilib.

Qeyd edək ki, göyərtəsində 180 nəfər olan “Boeing 737” tipli sərnişin təyyarəsi bu gün Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında qəzaya uğrayıb.

Qəza nəticəsində sağ qalan olmayıb.

Zümrüd Paşkin

Digər xəbərlər